Gənclər və İdman naziri Fərid Qayıbov ölkə və beynəlxalq yarışlarda ölkəmizi təmsil edən idmançılar və məşqçilərlə görüş keçirmişdir.
Görüşdə Astara Boks Mərkəzinin məşqçi-müəllimi Ayaz Baxşıyev də iştirak etmişdir. Görüş zamanı məşqçimiz qazandığı uğurlara görə cənab nazir tərəfindən təbrik olunub mükafatlandırılmışdır.
Məlumat üçün qeyd edək ki, Ayaz müəllimin 4 yetirməsi Boks üzrə milli komandamızın təlim-məşqlərinə cəlb olunub və komandanın tərkibində bir sıra yarışlarda iştirak edəcəklər.