SOKAR “Qaz İxrac” İdarəsi Astara Magistral Qaz Kəmərləri Sahəsinin məsul işçisi Rövşən Məstiyev bildirdi ki, idarəsinin struktur vahidi olan Astara Magistral Qaz Kəmərləri Sahəsi respublikamızın 12 rayonu üzrə, o cümlədən, Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, İmişli, Saatlı, Sabirabad, Salyan və Neftçala rayonlarında dövlət əhəmiyyətli magistral qaz kəmərləri vasitəsilə ilə təbii qazın həm əhali, həm də sənaye sektorlarındakı tələbatçılara çatdırılması üzrə fəaliyyət göstərir.

2023-cü ilin əvvəlindən Sahəmizin istismarında olan “Astara-Qazıməmməd” yüksək təzyiqli yeraltı magistral qaz kəmərləri diaqnostika olunaraq texniki müayinə olunmuşdur. Müayinə nəticəsində aşkar olunmuş istismara yararsız ümumilikdə 11 km-ə yaxın D1020/1220 mm-lik qaz kəmərinin yenilənməsi təmin olunmuşdur. Bundan əlavə xəttin Astara rayonu ərazisində 2-ci km(Rüdəkənar ərazisi) və 20-ci km (Siyakü ərazisi) –hissəsində istismar müddətini başa vurmuş 2 ədəd d1000 mm-lik yeraltı kürəvi kranlar və 6 ədəd 300 mm-lik baypas karanları yenisi ilə əvəzlənmişdir.

Astara rayonu üzrə payız-qış mövsümündə istehlakçıların fasiləsiz və dayanıqlı qaz təminatının yaxşılaşdırılması məqsədi ilə Sahəmizin istismarında olan qaz paylayıcı stansiyalarında da profilaktik təmir işləri aparılmışdır. “Astara”, “Ərçivan” və “Şahağacı” qaz paylayıcı stansiyalarında istismar olunan 52 ədəd kran və siyirtmələrə texniki qulluq göstərilmişdir. Ərçivan qaz paylayıcı stansiyasında istismar müddətini başa vurmuş 2 ədəd kürəvi kranlar yenisi ilə əvəzlənmişdir. QPS-ın ölçü qovşaqlarında nəql olunan təbii qazın sərfiyyatına uyğun daraldıcı qurğular dəyişdirilmişdir.

İşçilərin əmək şəraitin yaxşılaşdırılması məqsədi ilə xidməti obyektlərdə təmizlik və abadlıq işləri görülmüş, ərazilərdə olan ağac və kolluqlara aqrotexniki qulluq göstərilmiş və yeniləri əkilmişdir. İstismar yolları təmir edilmiş və çınqıl döşənmişdir. Kompressor stansiyasının inzibati binasında, Ərçivan QPS-nin operator evində və Astara xətti istismar xidmətində çilingərlərin məişət binasında təmir işləri aparılmış və kondisionerlər quraşdırılmışdır.

“Astara”