Uca dağlar başında qar ərimək üzrə idi, ilıq yaz gününün günəş şüası üstünə düşdükcə qar ovalanır ətrafa sıçrayırdı .

Belə ilıq yaz səhərində Astaranın kiçik Dürüyyə kəndində(2000 ci il aprelin 4 -də) təsərrüfatçı Həsrətin evində ilkin övlad dünyaya göz açdı. “Arxam olacaq”- deyən atanın üzünə təbəssüm qondu, Mahirə isə ərinin sevincinə nazlanaraq “Allaha şükür olsun, diləyim çin oldu”- deyib gülümsədi..

Amma onlar nə biləydi ki, gəlişinə sevindikləri oğul ömrünün çiçəkləndiyi məqamında, bəy paltarı geyinəcəyi zamanda vətən torpağının keşiyində düşmən gülləsinə tuş gələcək…

Amma bu nisgil sonra doğacaq…

Kənan böyüdü,özündən sonra dünyaya göz açan iki bacısı Əsmətlə Şəbnəmin can sirdaşı oldu…

Bir gün orta məktəbi başa vurdu, çox çəkmədən hərbi xidmətə getmək üçün çağırış vərəqəsini əlinə aldı. Atanın gözləri yol çəkdi, ananın gözləri nəmləndi, qəlbindəki nigarançılıq dilə gəldi” tək oğlum var da”.

Kənan isə vüqarla “mən kimdən əskik oğlanam, vətənin keşiyində durmağa haqqım var mənim” -deyib əzizlərini qucaqladı.

Həmin unudulmaz anları Şümrüd kənd tam orta məktəbin direktoru Şamxal müəllim belə xatlrlatdı: “Kənan çox sakit ,səmimi, saf uşaq idi. Əsgərliyə gedəcəyi gün məktəbə gəldi, mənimlə görüşəndən sonra müəllimlərlə görüşmək istədiyini bildirdi. Onlarla salamlaşandan sonra sinifləri gəzdi və ayrılanda “salamat qalın, görüşərik”- deyib yola düşdü.

Kənanın yaşıdlarından fərqli hərəkəti bizə xoş təsir bağışladı, amma məzunumuzun şəhid olmasından çox üzüldük, onunla görüşmək bir daha bizə nəsib olmadı”.

Mahirə xanım hələ də alışa bilmir oğlunun ,ciyərparasının yoxluğuna ..aradan beş il ötsə belə ürəyi səksəkədədir ,göz yaşları ilə təlaşlı həyat yaşayır.

-“Balamın son danışığı avqustun 28 -də oldu- “deyə kədərlə şəhid oğlundan söz açdı ana”. Həmin gün balam hər kəslə danışdı, elə bil bizimlə vidalaşırdı. Mənə “ana heç kimə demə sürprizim var ,sentyabrın 3 də gələcəyəm, sənə bir söz də deyəcəyəm.” “Balam vədinə xilaf çıxmadı gəldi amma cansız bədəni ilə tabutda”..

Susdu ana dili söz tutmadı daha, axı nə danışsın, nə söyləsin dərdi dağ boyda olan ana…

Oğlunu çətinlik, yoxluq içində böyütməsindənmi, mehribançılığındanmı, işgüzarlığındanmı, yaxud “təzə paltar olmasa da, təmiz paltarım olsun ” sözündənmi söz açsın, bəlkə balasının qəlbində yaşatdığı gizli sevdasından, ya da ” ana sənə bir söz deyəcəyəm”, lakin deyə bilmədiyi və özü ilə birgə torpağa gömülən sirrindənmi danışsın??..

Ana susmaqda haqlı idi…

Əsmət Şəbnəm şəhid qardaşları ilə qürur duysada, onların qəlbindəki yara hələ də alovludur, qulaqlarında sədası, baxışlarında baxışı duyulur Kənanın…

Yana yana işlədiyim düşüncələrimi ,qəddi bükülmüş atanın sözü ilə bitrirmək istəyirəm.

“Ağdamda hərbi xidmətdə idi, arada danışardıq, anasından tez-tez söz salardı, ana bala məhəbbəti çox güclü idi, balamı hər kəs, bütün kənd ,qohum əqrəba sevirdi…

Kənanın dilində heç “yox edə bilmərəm”sözünü eşitmədim, hər zaman ” baş üstə” deyərdi..

Balam vətən yolunda şəhid oldu, dağ vüqarlı oğluma elə bu yaraşır-Vətənə qurban olmaq.”..

S.A.2018 ci ilin sentyabrın 3 -də şəhid olmuş Kənan Dadaşov , şəhid adın mübarək,cənnətdə ki yuxun şirin, ruhun şad olsun! ,

Kiçik Dürüyyə kəndinində iki şəhidimiz uyuyur, elimin qəhrəman oğulları( Sovqatov Həzi birinci Qarabağ müharibəsində şəhid olub,Şümrüd kənd orta məktəbi onun adını daşıyır)

Dərin ehtiramla Gülnar Əsədli