Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi Astara Elektrik Şəbəkəsinin məsul işçisi  Hənifə Zəkəryayevdən aldığımız məlumata  görə Astara şəhərində   10 kv-lıq hava xətlərində 8 ədəd  istismara yararsız dayaq metal  və dəmir beton dayaqla, 10 ədəd izolyator, 130 metr naqil, 0,4 kv-lıq hava xətlərində 38 ədəd  istismara yararsız dayaq metal  və dəmir beton dayaqla, 14 ədəd izolyator 620 metr naqil, 195 metr müxtərlif markalı SİP kabel yenisi ilə əvəz olunmuşdur. 12 ədəd transformatorda cari təmir işləri aparılmış və rənglənmiş, 5 ədəd transformatorun ətrafı təmizlənmişdir. 4.92  km məsafədə budanma işi aparılmışdır. Seləkəran kəndində 1ədəd köhnə tipli KTM  yeni müasir tipli  KTM-lə əvəz olunmuşdur. Güc çatışmamazlığı ilə əlaqədar 1 ədəd kiçik güclü zədələnmiş transformator böyük güclü  transformatorla əvəz olunmuşdur. 2 ədəd zədələnmiş transformator dəyişdirilmişdir. 5,94 km məsafədə budanma işi aparılmışdır.

Səxəkəran kəndində yeni güc mərkəzini yaradılmasından ötrü 10 kv-lıq 43 ədəd metal dayaq basdırılmış, 600 metr AS-35 naqil çəkilmişdir. Həmin ərazidə işlər davam etdirilir.

35/10 kv-lıq Pensər  və 35/10 kV-lıq Ərçivan  yarımstansiyalarında abadlıq işləri aparılmışdır. 35/10 kv-lıq Ərçivan yarımstansiyasında zədələnmiş 2,5 mVA transformator 4 mVA transformatorla əvəz olunmuşdur. 2 ədəd yağ açarı təmir olunmuşdur. 1 saylı 1,6 mVA transformatorun 10 kv-lıq giriş yağ açarının sayğacı dəyişdirilmişdir. 35 kv-lıq Lovayn hava xəttində 35 kv-lıq tərəfində 1 ədəd  istismara yararsız dayaq metal  dayaqla, 12 ədəd izolyator 80 metr naqil yenisi ilə əvəz olunmuşdur. 1,2  km məsafədə budanma işi aparılmışdır.

Kəndlərdə  10 kv-lıq h/x-də 47 ədəd  istismara yararsız dayaq dəyişdirilmiş,  77 ədəd izolyator, 355 metr naqil yenisi ilə əvəz olunmuşdur.  0,4 kV-luq hava xətlərində 253 ədəd  istismara yararsız dayaq dəyişdirilmiş, 330 ədəd izolyator, 5172 metr naqil yenisi ilə əvəz olunmuşdur. 59 ədəd 10/0.4 kV-luq transformatorlarda əsaslı və cari təmir işləri aparılmışdır. Güc çatışmamazlığı ilə əlaqədar 9 ədəd kiçik güclü zədələnmiş transformator böyük güclü  transformatorla əvəz olunmuşdur. 5 ədəd zədələnmiş transformator dəyişdirilmişdir. 62.77 km məsafədə budanma işi aparılmışdır.

Ümumilikdə  35 kv-lıq Lovayn hava xəttində 35 kv-lıq tərəfində 3 ədəd  istismara yararsız dayaq metal  dayaqla, 12 ədəd izolyator 80 metr naqil yenisi ilə əvəz olunmuşdur. 1,2  km məsafədə budanma işi aparılmışdır. 10 kv-lıq hava xəttlərində 98 ədəd yeni metal və dəmir beton dayaqlar quraşdırılmış, 87 ədəd 10 kv-luq izolyator dəyişdirilmiş, 650 metr  yeni naqil çəkilmişdir. 0,4 kv-luq hava xəttlərində  291 ədəd yeni metal və dəmir beton dayaqlar quraşdırılmış, 344  ədəd 0,4 kv-luq izolyator dəyişdirilmiş, 5792 metr naqil, 170 metr müxtəlif markalı sip kabel çəkilmişdir . 1 ədəd yeni güc mərkəzi yaradılmış, güc çatışmazlığı ilə əlaqədar 10 ədəd kiçik güclü transformatorlar böyük güclü transformatorlarla əvəz olunmuş, 1ədəd köhnə tipli KTM yeni müasir tipli KTM-lə əvəz olunmuş, 10 ədəd zədələnmiş transformator dəyişdirilmişdir.  Abonentlər üçün 179 ədəd qabaqcadan ödənişli SMART tipli sayğac quraşdırılmışdır. 1504 ədəd köhnə tipli sayğaclar yeni elektron tipli sayğaclarla əvəz olunmuşdur. 125 ədəd 10/0.4 kv-lıq transformatorlarda əsaslı və cari təmir işləri aparılmışdır. 68.86 km məsafədə budanma işi aparılmışdır.

Astara EŞ-in mütəxəsisləri  Astara rayonunda mütəmadi reydlər keçirirlər. 2023- cü ilin 8 ayı    ərzində əhali və qeyri əhali qrupu üzrə 30 ədəd sayğacdan kənar xəttə, 218 ədəd qüsurlu sayğaclara akt yazılmış,    dəyəri 28675 manat olan 250123 kvts elektrik enerjisi bərpa olunmuşdur.

2023-ci ilin 8 ayı  ərzində  50137100  kvts, faydalı enerji  44947900  kvts  olmuş,  bunun da  dəyəri 4102200  manat təşkil edir. Yığılan vəsait 3726700 manat olmuşdur. 8 aylıq yığım faizi 90,8% olmuşdur. Keçən ilin müvafiq dövrü ilə 2,8  % artım olmuşdur.

Şəhər və kəndlərdə olan 170 ədəd 10/0,4 kV-luq transformatorlarda cari təmir işləri, 50 km məsafədə budanma işləri  aparılacaqdır. Qəzalı dayaqlar, qüsurlu izolyatorlar dəyişdirələcəkdir. Güc çatışmazlığı ilə əlaqədar kiçik güclü transformatorlar böyük güclü transformatorlarla əvəz olunacaqdır.

 

                                   “Astara”