Astara Rayon İcra Hakimiyyəti yanında “Məşğulluğa Kömək göstərən Əlaqələndirmə Komitəsi”nin təşəbbüsü ilə Astara Rayon Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində yerləşən Mədəniyyət evində “Rayonda qeyri-rəsmi məşğulluğun səviyyəsinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi”, “ Qeyri-rəsmi məşğulluğun qarşısının alınması sahəsində rayonda işəgötürənlərin məsuliyyətinin artırılması və nəzarətin gücləndirilməsi”, ” Yerlərin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakının təşviqi və maarifləndirmə” və “Aqrar Sığorta” mövzularında maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə Astara rayon icra hakimiyyəti başçısının inzibati əriazi dairəsi üzrə nümayəndələri, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, fermerlər və sahibkarlar iştirak etmişlər.

Rayon icra hakimiyyəti başçısının müavini-“Məşğulluğa Kömək göstərən Əlaqələndirmə Komitəsi”nin sədri İlqar Malıyev, rayon icra hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Xanverdi Şirinov, rayon icra hakimiyyəti yanında “Məşğulluğa Kömək göstərən Əlaqələndirmə Komitəsinin üzvləri, rayon icra hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Aqil Əhmədov, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin dövlət vergi müfəttişi Turan Cavadov, Astara DAİM-in direktoru Etibar Abbasov, Lənkəran-Astara Regional Məşğulluq Filialının Astara xidmət şöbəsinin rəisi Famil Mirzəyev, Astara Rayon Baytarlıq İdarəsinin müdiri Mübariz Axundov, Aqrar Sığorta Cəliləbad Filialının rəhbəri Rafət Əskərov və DSMF-nin 1 saylı Lənkəran-Astara Regional Filialının Astara rayon qəbul şöbəsinin baş mütəxəssisi Asiman Şabanov mövzu ilə bağlı çıxış etmişlər.

Tədbirdə çıxış edən natiqlər- Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində, əmək bazarına inteqrasiya olunması məqsədi ilə aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi barədə məlumatlar verilmişdir.

Tədbirdə mövzular ilə əlaqədar videoçarx nümayiş etdirilmiş, iştirak edən fermerlərə, sahibkarlara ətraflı məlumat verilmiş, o cümlədən tədbir iştirakçılarının fikir və təklifləri dinlənilmiş, onlara maraqlı olan suallar dolğun cavablandırılmışdır.