Astara Suvarma Sistemləri İdarəsi rayonun 4519 ha suvarılacaq əkin sahələrinə xidmət edir. Rayonda iki sudan istifadə edənlər birliyi fəaliyyət göstərir: Lovayın SİB, Pensər SİB. Astara Suvarma Sistemləri İdarəsi 2023-cü il vegetasiya suvarma mövsümünü yüksək səviyyədə başa vurmuşdur. İdarə dörd mənbədən: Astaraçay-7816 min metr kub, Pensərçay-5246 min metr kub, Lovayın su anbarı-5472 min metr kub, Xanbulan su anbarı-5611 min metr kub olmaqla, ümumilikdə 24164 min metr kub su götürərək əkin sahələrinə vermiş, 24226 hektar suvarma aparmışdır. Ümumi suvarmanın sayı 5,4 dəfə artmışdır ki, bu da indiyədək ən yüksək göstəricidir.
2023-cü ilin 9 ayında Astara Suvarma Sistemləri İdarəsi həm öz gücü ilə, həmdə podrat təşkilatların gücü ilə rayon ərazisində kanalların lil və palçıqdan təmizlənməsi işlərini həyata keçirmiş və hal-hazırda bu işlər davam etdirilir. Astara SSİ-i öz gücü hesabına Artupa kəndi ərazisində 1330 p.m, Səncərədi kəndi ərazisində 600 p.m, Şiyəkəran kəndi ərazisində 224000 p.m, Şahağac kəndi ərazisində 19218 p.m, Pensər kəndi ərazisində 1680 p.m, Ərçivan qəsəbəsi ərazisində 13143 p.m, Suparibağ kəndi ərazisində 10300 p.m, Təngərüd kəndi ərazisində 8800 p.m, Kakalos kəndi ərazisində 3600 p.m, Bala Şahağac ərazisində 3400 p.m, Maşxan kəndi ərazisində 2000 p.m, Astara şəhər Kələdəhnə ərazisində 7380 p.m, Astara şəhər Giləkəran ərazisində 2600 p.m, Çayoba kəndi ərazisində 2300 p.m olmaqla, ümumilikdə 100351 p.m kanal lil və palçıqdan təmizlənmişdir. Həmçinin Kələdəhnə kollektorunun həm sağ, həm də sol yamacı olmaqla, 4400 p.m hissəsi lil və palçıqdan təmizlənmişdir. Bundan başqa sel-sularının vura biləcəyi ziyanın qarşısını almaq üçün Pensərçayında sağ və sol yamac olmaqla, 1500 p.m hissəsində məcra tənzimləmə işləri yekunlaşdırılmışdır.
Hal-hazırda rayon ərazisində idarənin balansında olan kanallarda Astara SSİ öz gücü və podrat təşkilatın gücü ilə lildən təmizləmə işlərini davam etdirir. Çəltik sahələrində fermerlərin və sahibkarların öz məhsullarının sahədən çıxarılması üçün Astara SSİ öz gücü hesabına buldozerlə Artupa, Suparibağ, Səncərədi və Şiyəkəran ərazilərində ümumi uzunluğu 3000 p.m olmaqla, kanalın üstündəki dambanın hamarlanması işlərini başa vurmuşdur. Texnikanın hərəkət edə bilmədiyi ərazilərdə idarənin balansında olan əsas suötürücü Axiya, Alaşa, Ərçivan və Şuvi-Lovayın beton üzlüklü kanalda ümumilikdə əl əməyi ilə 2300 p.m kanal lildən təmizlənmişdir. Pensər kəndi ərazisində əsası 1965-1970-ci illərdə qoyulmuş, istismar müddətini keçmiş qapalı boru şəbəkələrində dağılmalar və sızmalar olduğundan həmin boruların 100 p.m hissəsi yenisi ilə əvəz edilmiş, 4000 p.m hissəsində isə təmir bərpa işləri aparılmışdır. Bundan başqa Kijəbə qəsəbəsində çay plantasiyalarının olduğu ərazilərdə ümumilikdə 260 p.m xırda ölçülü borular qaynaq edilərək təmir edilmiş, həmçinin uzuluğu 40 p.m olan dağılmış asbosement borulara beton tökülərək təmir edilib istifadəyə verilmişdir.
Astara SSİ vegetasiya suvarmanı daha da yüksək səviyyədə aparmaqdan ötrü Şuvi-Lovayın beton üzlüklü kanalın dağılmış 200 p.m hissəsini yenidən təmir etmiş və hal- hazırda beton kanalda təmir işləri davam etdirilir. Əhalinin içməli suya olan təlabatını nəzərə alaraq idarənin balansında olan Artupa subartezian quyusunun kənarları hasara alınaraq yüksək səviyyədə təmir edilib vətəndaşların istifadəsinə verilmişdir. Vegetasiya suvarma mövsümü bitdiyi üçün rayon ərazisində suvarma bölgüsünü həyata keçirilərək vurulan bəndlərin açılması işləri davam etdirilir. Bugünə kimi 400-dən artıq bənd açılmışdır.
Astara SSİ rayon ictimaiyyətini əmin edir ki, payız-qış mövsümünə hazırlıqla əlaqadar olaraq idarənin balansında olan texinkalar saz vəziyyətə gətirilmiş, mühəndis-texniki heyət ərazilərdə monitorinq keçirərək sel-sularınnın vura biləcəyi ziyanın qarşısının alınması üçün tədbirlər yüksək səviyyədə görülür və görüləcəkdir.
“Astara”