29 sentyabr 2023-cü il tarixində Astara Olimpiya İdman Kompleksində Astara Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialı tərəfindən Əmək yarmarkası təşkil olunmuşdur.
Yarmarkada Astara Rayon icra Hakimiyyəti başçısının müavini İlqar Malıyev, Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məșğulluq filialının müdiri Rasim Harəzmşah, Lənkəran-Astara Regional Məşğulluq Filialının Astara Xidmət şöbəsinin müdiri Famil Mirzəyev, Astara Rayon İcra Hakimiyyətinin əməkdaşları və digər şəxslər iştirak ediblər.
Yarmarkaya 14 dövlət və özəl müəssisə tərəfindən ümumilikdə 244 boş iş yeri təqdim edilmişdir.
Qeyd edək ki, əmək yarmarkasının keçirilməsində asas məqsəd Lənkəran-Astara iqtisadi regionunda məşğulluq problemlərinin uğurlu həlli, savadlı, peşəkar və təcrübəli gənclərin ixtisas yönümlü karyerasının dəstəklənməsi, işsiz va işaxtaranlar üçün uyğun təcrübə imkanlarının yaradılmasının təmin edilməsidir. Yarmarkada 250-dən artıq işsiz va işaxtaran șəxslər qeydiyyatdan keçərək iştirak etmişdirlər.
Həmçinin iştirak edən işsiz və işaxtaran şəxslər sırasında müharibə iştirakçıları, qazilər va sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər, universitet və kollec məzunları yer almışdılar.
İşəgötürənlər tərəfindən müraciət edən şəxslərə vakansiyalar haqqında məlumatlar verilmiş və tərcümeyi-hallar qəbul edilmişdir.