04 oktyabr 2023-cü il tarixində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar təşkil olunacaq Azərbaycan Qadınlarının VI Qurultayı ilə bağlı tədbir keçirilmişdir.
Toplantıda rayon icra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova, rayon icra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Bəsti Əliyeva, rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsul işçiləri, məktəb direktorları, müəllimlər, körpələr evi və uşaq bağçalarının müdirləri, rayonun ictimai həyatında fəallıq göstərən qadınlar iştirak etmişlər.
Toplantı rayon icra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxovanın nitqi ilə açıq elan edilmişdir.
Toplantıda Astara şəhər 1 nömrəli tam orta məktəbin direktoru Xədicə Əliyeva, Kijəbə qəsəbə tam orta məktəbin direktoru Təbrizə Rəsulova, Astara şəhər 5 nömrəli tam orta məktəbin direktoru Arzu Əhmədova Azərbaycan qadınlarının cəmiyyətdəki mövqeyi, nailiyyətləri barədə çıxış etmiş, valideyn-övlad, məktəb-ailə və bir sıra mövcud məişət problemlərinə, o cümlədən erkən nikah, məişət zorakılığı, boşanma, gənc nəsil arasında milli-mənəvi dəyərlərin qorunub saxlanması məsələlərinə toxunulmuş, müzakirələr aparılmış, toplantı iştirakçılarının təklifləri dinlənilmişdir.