20 oktyabr 2023-cü il tarixində Astara şəhər 1 nömrəli tam orta məktəbində rayon icra hakimiyyəti və rayon Polis Şöbəsi tərəfindən “Narkomaniya və erkən nikahlara yox deyək” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya”nın sədri Firəngiz Sadıxova, rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cəfərov, Astara rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Rufan Şirinov, rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Oktay Əmənullayev və digərlərinin iştirakı ilə müzakirə olunan mövzular ətrafında çıxışlar edilmiş və narkomaniya bəlasının acı nəticələri, erkən nikahların fəsadları barədə məktəblilərə ətraflı məlumat verilmiş, məktəblilərin sualları dolğun cavablandırılmışdır.