Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-cü ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati bölgüsünə əsasən bütün regionlarda dövlət qulluqçuları üçün təlimlər keçirilir.

Qeyd edilən təlimlər 23 – 27 oktyabr 2023-cü il tarixləri aralığında Astara rayonunda təşkil olunub. Təlimlərdə rayonda fəaliyyət göstərən dövlət qurumlarında çalışan dövlət qulluqçuları iştirak ediblər.

Rayon icra hakimiyyətinin dəstəyi ilə Astara Rayon Heydər Əliyev Mərkəzində baş tutan təlimlərdə “Dövlətin əsasları; Dövlət qululluğuna dair qanunvericiliyin tətbiqi”, “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə; Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları”, “Münaqişələrin idarə edilməsi; Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi və liderlik” mövzularını əhatə edən məlumatlar dinləyicilərin diqqətinə çatdırılmışdır.

Təlim zamanı iştirakçılara mövzular çərçivəsində məlumat verilmiş, müzakirələr aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.