Lənkəran-Astara Regional Təhsil İdarəsinə müvəqqəti rəhbər təyin olunub.
Asiya.az xəbər verir ki, idarənin müdiri vəzifəsinin icrası müdir müavini Rəhim Rəhimova həvalə olunub.
Xatırladaq ki, R.Rəhimov bu ilin avqust ayında müdir müavini vəzifəsinə təyin olunub. O, idarədə 2022-ci ildə İnzibati təşkilat sektorunun müdiri vəzifəsində işə başlayıb.
Qeyd edək ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov bir müddət əvvəl vəzifəsindən azad olunub. O, Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin edilib və nazir səlahiyyətlərini müvəqqəti icra etmək də ona tapşırılıb.