“Zəfər günü”nə həsr olunmuş“Nə? Harada? Nə zaman?”

intellektual oyunu üzrə gənclər arasında “Zəfər Kuboku” keçirilmişdir.

Astara Gənclər Evində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatşılığı ilə “İntellektli və Sağlam Gənclər” İctimai Birliyinin , Astara Gənclər Evinin dəstəyi ilə rayon gəncləri arasında “Zəfər Kuboku” nun Astara rayon turu keçirilmişdir.

Yarışın keçirilməsində məqsəd Vətən Müharibəsinin 3-cü ildönümünün qeyd olunması,  xalqımızın və Ordumuzun qəhrəmanlıqlarınıının təbliği və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır.

Tədbirin açılış mərasimində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Bəhlul Rufullazadə çıxış etmiş,“Zəfər günü”nün tarixi əhəmiyyətinin öyrənilməsinin və intellektual yarışların keçirilməsinin əhəmiyyətini qeyd etmiş, gənclərə intelektual oyunda uğurlar arzulamışdır.

Sonra “İntellektli və Sağlam Gənclər” İctimai Birliyinin sədri Cavid Cəfərli tərəfindən intellektual oyunun qaydaları bir daha izah olunmuş və bilik yarışına başlanmışdır.

6 könüllü  gənclər komandaları arasında keçirilən “Zəfər günü”nə həsr olunmuş  “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “Zəfər Kuboku”nun Astara rayon turunda I yerə “Zəfər” komandası, II yerə “Şuşa “ komandası, III yerə “Xankəndi” komandası layiq görülmüşlər.

Fəxri yerləri qazanan komandalar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin kuboku, fəxri yerləri qazanan  komanda üzvləri isə diplom və medallar ilə mükafatlandırılmışlar.