Astara Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr Zəfər günü ilə əlaqədar şəhid ailələri və Vətən müharibəsi iştirakçıları ilə görüş keçirimişdir.
Tədbirdə Astara Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Oktay Əmənullayev, xəstəxananın həkim heyyəti, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları iştirak etmişlər.
Astara Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Oktay Əmənullayev çıxış edərək bildirmişdir ki, şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılar daim dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Həmçinin səhiyyə sahəsində də də bu qayğı özünü göstərmişdir.
Azərbaycan Resoublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin Dəmir Yomruğunun altında birləşən ordu və xalq birliyi 44 gün ərzində torpaqlarımızı düşmən tapdağından azad etdi. Bu gün tarixi Zəfərimizin 3-cü il dönümünü təntənə ilə qeyd edirik. Burada siz şəhid ailələrinin və qazilərinin zəhməti də danılmazdır. Biz də Mərkəzləşdirilmiş xəstəxana olaraq həmişə şəhid ailələrinə, qazilərə və Vətən müharibəsi iştirakçılarına diqqət və qayğı ilə yananşmışıq.
Daha sonra çxış edən Vətən müharibəsi qazisi İmaməli Məmmədov dəvət üçün təşəkkürünü bildirərək qeyd etmişdir ki, dövlətimiz bizi həmişə diqqətdə saxlamışdır. Dövlətimizin uğurlu siyasətinin və ordumuzun gücünün nəticəsi olaraq indi bütün Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmuşdur.
Sonda xatirə şəkilləri çəkilmişdir.