Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və
İnnovasiyalar üzrə 7-ci qrant müsabiqəsi çərçivəsində qalib olan “Vahid Azərbaycan” layihəsinin açılış mərasimi keçirilmişdir

Bu məqsədlə Astara rayon M.Ə.Sabir adına 1 saylı tam orta məktəbində Müsabiqənin açılış mərasimi keçirilmişdir. Tədbirdə layihənin koordinatoru Hacı Mayılov, Astara rayon M.Ə.Sabir adına 1 saylı tam orta məktəbin direktoru, layihənin rəhbəri,qabaqcıl təhsil işçisi  Xədicə Əliyeva, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayon təhsil sektorunun əməkdaşları, şəhid ailə üzvləri, məktəbin məzunu olmuş Vətən müharibəsi qaziləri, “Astara” qəzetinin baş redaktoru Əlvan İbayev, rayon ümumtəhsil məktəblərinin direktorları, müəllimlər və sagirdlər iştirak etmişlər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və vətən uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən məktəbin direktoru Xədicə Əliyeva bildirmişdir ki, M.Ə.Sabir adına 1 saylı tam orta məktəbi respublikanının qabaqcıl təhsil ocaqlarından biri olmuş, ölkə və beynəlxalq müsabiqələrdə bir çox uğurlar əldə etmişdir. Müsabiqədə “Fərdi” kateqoriya üzrə məktəbimizin İngilis dili müəllimi Babək Rzazadə qalib olmuşdur.

Daha sonra çıxış edən layihənin koordinatoru Hacı Mayılzadə Müsabiqə haqqında geniş məlumat verərək bildirmişdir ki, layihəmiz bütün rayonumuzun ümumtəhsil müəsisələrində təhsil alan şagirdlərin intelektual bacarıqlarını inkişaf etdirmək məqsədini daşıyır. Nəzərdə tutulmuşdur ki, müsabiqədə Astara rayonu üzrə 200-ə qədər şagirdi əhatə etsin.

Çıxış edən tədbir iştirakçıları layihənin işinə uğurlar arzu etdilər.

Qeyd edək ki, “Vahid Azərbaycan” layihəsinin 15 sentyabrdan 15 dekabra qədər davam etməsi nəzərdə tutulub.

Sonda videoçarx nümayiş etdirilmiş və xatirə şəkli çəkilmişdir.