07 noyabr 2023-cü il tarixində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100-cü il yubileyi münasibətilə “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa toplantısı keçirilmişdir

Tədbiri rayon icra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Bəsti Əliyeva açıq elan etmiş, Ulu Öndərin Azərbaycanda hüquqi dövlətin qurulmasında əvəzsiz xidmətləri barədə geniş məruzə ilə çıxış etmişdir.

Tədbirdə Astara Rayon Prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Tərlan Həmidov, Astara Rayon Məhkəməsində məhkəmə iclas katibi Rasim Ağazadə, Astara Rayon Məhkəməsində məhkəmə iclas katibi Yusifkamal Paşabəyli, Astara Rayon Polis Şöbəsinin Növbətçi Hissəsinin məsul növbətçisi Səhhət Nəsirov, Rayon icra hakimiyyəti yanında İctimai Nəzarət Şurasının sədri Xəlil Lətifov, Astara Rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov, Astara Rayon Prokurorluğunun böyük müstəntiqi Rahib Baratov mövzu ilə əlaqədar çıxış ediblər.

Toplantıda Astara Rayon İcra Hakimiyyəti, Astara Rayon Prokurorluğu, Astara Rayon Məhkəməsi, Astara Rayon Polis Şöbəsi, Astara Rayon Qeydiyyat Şöbəsinin və YAP Astara rayon təşkilatının məsul işçiləri, rayonda yerləşən idarə, müəssisələrin hüquqşünasları, QHT nümayəndələri iştirak ediblər.

Sonda xatirə şəkli çəkilmişdir.