2023-cü il oktyabrın 1-i vəziyyətinə Astara rayonunda muzdla çalışan işçilərin sayı 8440 nəfər olmuş, onlardan 6081 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 2359 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 40,2 faizi təhsil, 20,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 11,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,3 faizi sənaye, 4,9 faizi istirahət, əyləncə və tincəsənət, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4faizi nəqliyyat və anbar təsərrüfatı, 1,0 faizi tikinti, 3,2faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2023-cü ilin yanvar-sentyabr aylarında rayon iqtisadiyyatında muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 580,5 manat olmuşdur. Doqquz ayda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı dövlət bölməsində 643,6 manat, özəl bölmədə isə 418,8 manatolmuşdur. İqtisadiyyatın maliyyə və sığorta fəaliyyəti, nəqliyyat və anbar təsərrüfatı, peşə, elmi və texniki fəaliyyət, eləcə də elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.
Vasif Həsənov,
Astara Rayon Statistika İdarəsinin rəisi