15 noyabr 2023-cü il tarixində Astara Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasının təşkilatçılığı ilə Astara şəhər 5 saylı tam orta məktəbində 20 noyabr – Ümumdünya Uşaq Hüquqları Gününə həsr olunmuş “Uşaq hüquqları aylığı” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri rayon icra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın sədri Firəngiz Sadıxova giriş nitqi ilə açıq elan etmişdir.

Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın üzvü Bəsti Əliyeva, rayon icra hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoluqu Günel Lətifzadə, rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru İxtiyar Arizzadə mövzu ilə əlaqədar çıxış etmişlər.

Tədbirdə rayonun ümumtəhsil məktəblərinin psixoloq və Uşaq birliyi rəhbərləri iştirak etmişlər.

Mövzu ilə əlaqədar videoçarx nümayiş olunmuş, iştirakçılarla mövzu ətrafında müzakirələr aparılmışdır.