“Zəfərə aparan yol. Milli və dini həmrəylik” movzusunda Astara rayonunun ərazisində yerləşən məscidlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Famil Talıbovun rəhbərliyi ilə tədbirlər keçirilir.
30 oktyabr 2023-cü il tarixindən 15 noyabr 2023-cü il tarixinədək Şüvi kənd “Cümə” məscidində, Şiyəkəran kənd məscidində, Kijəbə qəsəbə məscidində və Astara şəhəri Giləkəran məscidində belə tədbirlər keçirilmişdir.
Tədbirlərdə geniş məruzə ilə çıxış edən Famil Talıbov bildirmişdir ki, Zəfərə aparan yol uzun və çətin tarixi sınaqlardan keçmiş, xalqın birliyi və əzmkarlığı ilə mübarizə meydanında böyük qələbəlr qazanmışdır. Vətən müharibəsinin qalibi birmənalı olaraq Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgəridir. Vətən müharibəsində böyük qələbəmizin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Şuşa əməliyyatında əfsanələr yaratmış Xüsusi Təyinatlı Dəstələr məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində yaradılmışdır.
Çıxış edən din xadimləri milli və dini vəhdətdən danışmış, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin ruhuna dualar oxumuş və qazilərimizə Allahdan şəfa diləmişlər.
Qeyd edim ki, belə tədbirlər rayonun ərazisində yerləşən digər məscidlərdə də keçiriləcəkdir.