Astara  rayonunun  sənayesinin əsasını qida məhsulları istehsalı, kərpic istehsalı, elektrik enerjisi, qaz və buxar  istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri təşkil edir.

2023-cü  ilin yanvar-sentyabr  aylarında  sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən  istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 4,8 faiz artaraq  25637,6 min manat təşkil etmişdir. Sənaye məhsulunun  33,0 faizi  emal, 66,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi  isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında  istehsal olunmuşdur.

Sənayedə  qeyri-dövlət  sektorunun  payı 33,0 faiz  olmuşdur.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara  göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla   sənaye müəssisələrinin anbarlarında 01 oktyabr  2023-cü  il vəziyyətinə  1068,2 min manatlıq  hazır məhsul  olmuşdur.

Emal  sənayesində ev təsərrüfatlarında sənaye məhsulu istehsalının, habelə hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi fəaliyyət göstərənlərin işinin qiymətləndirilməsi də nəzərə alınmaqla   yanvar-sentyabr  aylarında  8450,3 min manatlıq məhsul istehsal olunmuş və sənaye  xarakterli  xidmətlər göstərilmiş və keçən ilin müvafiq dövrünə nisbətən 51,7 faiz artım olmuşdur.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda doqquz  ay ərzində  17022,6  min  manat dəyərində məhsul istehsal  olunmuş  və xidmətlər  göstərilmiş, əvvəlki  ilin yanvar-sentyabr  ayları ilə  müqayisədə 2,5  faiz artım müşahidə olunmuşdur.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 13,6  faiz  azalaraq 164,7 min  manat  təşkil etmişdir.

 

Vasif Həsənov,

Astara Rayon Statistika İdarəsinin rəisi