2023-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 178469,0 min manatlıq, o cümlədən 89091,8 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 89377,2 min manatlıq qeyri-ərzaq malları satılmışdır. 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,1 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 1,2 faiz artmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 0,8 faiz azalmışdır.
İstehlak məhsullarının dəyərinin hamısı qeyri-dövlət təsərrüfat subyektləri, o cümlədən 9,8 faizi hüquqi şəxs statuslu müəssisələr tərəfindən satılmışdır.
2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 17,5 faiz azalmış, fərdi sahibkarlar üzrə 0,3 faiz, bazar və yarmarkalarda isə 8,1 faiz artmışdır.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir istehlakçı orta hesabla ayda 178,4 manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,0 manat çox əmtəə almışdır.
2023-cü ilin yanvar-sentyabr aylarında alıcıların istehlak məqsədilə aldıqlara mallara xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 50,1 faizi isə qeyri- ərzaq mallarının alınmasına sərf olunmuşdur.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir rayon sakini orta hesabla ayda 89,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 89,3 manatlıq qeyri-ərzaq məhsulları almışdır.
Vasif Həsənov,
Astara Rayon Statistika İdarəsinin rəisi