17 yanvar 2024-cü il tarixində 79 saylı Astara Seçki  Dairəsində 7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikasının prezident seçkilərinin keçirilməsi ilə əlaqədar treninq keçirilmişdir. Treninqdə 79 saylı Astara Seçki  Dairəsinin əməkdaşları, seçki komissiyalarının sədr və üzvləri iştirak etmişlər.

79 saylı Astara Seçki  Dairəsinin əməkdaşlarıı Gülhəsən Mirzəyev və Nəsimi Rzayev tərəfindən məntəqə sədrlərinə və üzvlərinə seçki günündə onların hüquq və vəzifələri izah olunmuş, davranış qaydaları haqqında geniş məlumat verilmişdir. Həmçinin, protokol, qediyyatdançıxma vərəqəsi və digər sənədlərin yazılma qaydaları videoizah formasında nümayiş edilmişdir.

Məlumat üçün qeyd edim ki, treninq yanvar ayının 23-nə kimi davam edəcək.