8-14 yanvar 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən yeniyetmələr arasında Azərbaycan birinciliyində region yığma komandasının tərkibində Astara komandası yüksək nailiyyətlər qazanmışdır.
Səmədzadə Səbinə (40 kq) I yeri ,Hüseynzadə Zeynəb (42 kq) l yeri və Əli Məmmədov (46 kq) l yeri qazanaraq ümumilikdə üç qızıl medal qazanmışlar.
Qeyd edək ki, hər üç idmançımız Astara Boks Mərkəzinin məşqçisi Ayaz Baxşıyevin yetirmələridir. İdmançıları təbrik edir və uğurlar arzulayırıq.