2023-cü ildə rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 24700,4 min manat və ya 2022-ci illə müqayisədə 54,5 faiz az vəsait yönəldilmişdir.
Ümumi sərmayənin 53,8 faizi və ya 13297,7 min manatı dövlət, 46,2 faizi və ya 11402,7 min manatı qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulmuşdur. Sərmayə qoyuluşunun 22665,4 min manatı və ya 91,8 faizi tikinti-quraşdırma işlərinə sərfedilmişdir.
2023-cüildə rayonda 4 tikinti müəssisəsi fəaliyyət göstərmişdir və bu müəssisələr tərəfindən 2023-cü ildə 4092,4 min manatlıq iş görülmüşdür. Bu dövrdə tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 33,7 faizini tikinti, yenidənqurma və genişləndirmə, 53,5 faizini əsaslı təmir, 12,8 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 45,3 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.
Şövqiyyə Məmmədova,
Astara Rayon Statistika İdarəsinin rəis müavini