2023-cü ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 260700,0 min manatlıq, o cümlədən, 134489,5 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 126210,5 min manatlıq qeyri-ərzaq malları satılmışdır. 2022-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,3 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 25,7 faiz artmış, qeyri-ərzaq malları üzrə  isə 17,2 faiz azalmışdır.

Hesabat ilində əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 195,3 manat və ya 2022-ci illə müqayisədə nominal ifadədə 15,5 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir rayon sakini orta hesabla ayda 100,8 manatlıq ərzaq məhsulları,içkilər və tütün məmulatları, 94,5 manatlıq qeyri-ərzaq malları almışdır.

Hesabat ilində istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 51,6 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 48,4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

 

Şövqiyyə Məmmədova,

Astara  Rayon Statistika İdarəsinin rəis müavini