Astara rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkininə başlanılıb. 01 mart 2024-cü il vəziyyətinə 1153,1 hektar sahədə yazlıq əkin aparılmılş və keçən ilin müvafiq dövrünə nisbətən 4,8 faiz azalmışdır.
Məhsul istehsalçıları 6,7 hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız),591,0 hektar sahədə kartof və 503,5 hektarda tərəvəz bitkiləri əkib, 51,9 hektar sahəyə çoxillik yonca səpiblər.
Təsərrüfatlarda, eyni zamanda, tərəvəz əkini üçün şitillərin yetişdirilməsi və taxıl əkinlərinə aqrotexniki xidmət işləri də davam etdirilir.
Şövqiyyə Məmmədova,
Astara Statistika İdarəsinin rəis müavini