İlkin hesablamalara əsasən rayon əhalisinin sayı ilin əvvəlindən 134 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il aprel ayının 1-I vəziyyətinə 111991 nəfər təşkil etmişdir. Əhalinin 30,1 faizini şəhər, 69,9 faizini kənd sakinləri, 50,4 faizini kişilər, 49,6 faizini isə qadınlar təşkil edir.
İlkin hesablamalara görə cari ilin yanvar-mart aylarında Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsi tərəfindən 285 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 8,8-dən 4,8-ə düşmüşdür. Doğulanlardan 6-ı əkiz, 3-ü isə üçəm doğulmuşdur.
İlin ilk üç ayında rayonda 151 ölüm halı qeydə alınmış və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,8-dən 5,4-ə düşmüşdür.
Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsi tərəfindən cari ilin yanvar-mart aylarında 151 nikah və 35 boşanma halları qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,9-dan 5,4-ə düşmüş, boşanmaların sayı isə eyni səviyyədə olmuşdur.
Şövqiyyə Məmmədova,
Astara Rayon Statistika İdarəsinin rəis müavini