Astara Suvarma Sistemləri İdarəsi rayonun 4519 ha suvarılacaq əkin sahəsinə xidmət edir. Astara Suvarma Sistemləri İdarəsinin əməkdaşları, mühəndisləri və texniki işçiləri 2024-cü il vegetasiya suvarma mövsümünə hazırlıq məqsədilə artıq ərazilərdə işlərə başlamışdır. Astara SSİ-i öz gücü hesabına rayonun bir sıra ərazilərində lildən təmizləmə işlərini həyata keçirmişdir. Beləki, Astara şəhərinin özündə, şəhərin Giləkəran və Kələdəhnə yaşayış massivilərində, Ərçivan qəsəbəsində, Suparibağ, Şahağacı, Kakalos, Pensər, Təngərüd və Artupa kəndləri ərazisində ümumilikdə 8500 p.m kanal lil və palçıqdan təmizlənmişdir.
Həmçinin Astara SSİ-i əsası 1965-1970 ci illərdə çəkilmiş qapalı boru şəbəkələrinin istismar müddəti keçdiyindən həmin borularda dağılmalar və sızmalar müşahidə olunurdu. Bu da nəticə etibarı ilə vegetasiya suvarmanın aparılmasında çətinliklər yaradırdı. Bu məqsədlə 50 p.m boru təmir edilmişdir. Suvarmanın daha da mütəşəkkil aparılmasının və suyun fermerlərə itkisiz çatdırılması üçün sıradan çıxmış boruların cari təmir işləri uğurla davam etdirilir.
Qapalı boru şəbəkələrində təmir işləri növbəti rübdə də davam etdiriləcək. Bundan başqa çəltik plantasiyalarında suyun əkin sahələrinə itkisiz və maneəsiz ötürülməsi üçün 60-dan yuxarı bəndlər vurulmuşdur.
Bundan başqa Suparibağ kəndi ərazisində kənd təsərrüfatı istehlakçılarının öz əkin sahələrinə gediş-gəlişini təmin etmək və texnikaların maneəsiz ərazilərə cəlb olunmaı üçün 800 p.m yolun yenidən hamarlanması işləri yekunlaşdırılmışdır. Həmçinin texnikaların hərəkət edə bilmədiyi Şüvi-Lovayın beton üzlüklü kanalda 300 p.m, Astaraçaydan qidalanan Axiya kanalında 250 p.m olmaqla ümumilikdə 550 p.m kanal əl əməyi ilə lildən təmizlənmiş, hazırda bu işlər davam etdirilir. Astara SSİ-i öz gücü hesabına Şüvi-Lovayın beton üzlüklü kanalın aşınmış və dağılmış 300 p.m hissəsini yenidən təmir edərək beton üzlüyə almışdır.
2024-cü ildə vegetasiya suvarmanı yüksək səviyyədə aparmaq idarənin bütün mühəndis və texniki işçiləri səylə çalışırlar.
Fərid Yusifov,
Astara Suvarma Sistemləri İdarəsinin baş mühəndisi