29-30 aprel 2024-cü il tarixlərində Astara Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin və Elm və Təhsil Nazirliyinin birgə təsdiq etdikləri əsasnaməyə əsasən “Məktəblilərin respublika çempionatı”nın Cüdo üzrə 2012-2014-cü il təvəllüdlü yeniyetmələr arasında respublika zona mərhələsi keçirilmişdir.
Yarışda Lənkəran və Masallı rayonlarını təmsil edən 57 nəfər idmançı fəxri yerlər uğrunda mübarizə aparmışlar.
Yarışda Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı, yarışların baş hakimi, Beynəlxalq dərəcəli hakim Valeh Məhərrəmov, yarışların baş katibi, Azərbaycan Cüdo Fedrasiyasının daxili yarışlar üzrə mütəxəsisi, respublika dərəcəli hakim Əli Kərimov, Azərbaycan Cüdo Fedrasiyasının mütəxəsisi İlkin Qədimli və digər nümayəndələr iştirak etmişlər.
Yekunda müxtəlif çəki dərəcələrində I, II və III yerləri qazanan idmançılar medal və diplomlarla təltif olunmuş və yarışların final mərhələsində iştirak hüququ qazanmışlar.