07 may 2024-cü il tarixində Astara Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin inzibati binasında Astara Rayon İcra Hakimiyyəti və rayon Polis Şöbəsinin təşəbbüsü ilə “Narkomaniyaya yox deyək”, “Erkən nikahlar və onların fəsadları” mövzularında tədbir keçirilmişdir.
Tədbiri Astara RPŞ-in ŞHİÜ rəis köməkçisi, polis polkovnik-leytenantı Emil Mustafayev açıq elan etmişdir.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz xanım Sadıxova, rayon Polis Şöbəsinin YYÇPİTQ-in İnspektoru polis leytenantı İxtiyar Arizzadə, Astara rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Rufan Şirinov, Astara şəhər 1 saylı tam orta məktəbin direktoru Xədicə Əliyeva, Astara şəhər 2 saylı tam orta məktəbin direktoru Nazim Məmmədov, Astara Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin həkimi Fuad Səmədov, kitabxana sisteminin Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşovanın iştirakı ilə mövzular barədə çıxışlar edilmişdir.
Tədbirdə Astara şəhər 1 və 2 saylı tam orta məktəblərin şagirdləri dinləyici qismində iştirak etmişlər.
Sonda mövzu ilə bağlı videoçarx nümayiş etdirilmiş, iştirakçıların sualları cavablandırılmışdır.