Astara rayonunun təsərrüfatlarında yaz-tarla işləri başa çatmaq üzrədir. Bu günə kimi 3978 hektar sahədə yazlıq əkin aparılıb. Məhsul istehsalçıları bu il 602,4 hektar sahədə dənli və dənli paxlalı bitkilər, 182,5 hektar sahədə qarğıdalı, 79 hektar sahədə yonca, 915 hektar sahədə kartof,1833,1 hektar sahədə tərəvəz, 366 hektar sahədə bostan bitkiləri əkiblər.
Hazırda təsərrüfatlarda kartof və tərəvəz yığımı davam edir. İndiyədək tərəvəz əkilmiş sahələrin 164 hektarının məhsulu yığılıb, 1312 ton tərəvəz istehsal olunub. Eyni zamanda, torpaq mülkiyyətçiləri indiyədək 240 hektar kartof sahəsindən 1824 ton məhsul götürüblər. Hər hektardan orta məhsuldarlıq 76 sentner təşkil edir.
Şövqiyyə Məmmədova,
Astara Rayon Statistika İdarəsinin rəis müavini