Astara Rayon İcra Hakimiyyəti yanında “Məşğulluğa Kömək göstərən Əlaqələndirmə Komitəsi”nin təşəbbüsü ilə rayon icra hakimiyyəti başçısının Pensər kənd İƏD üzrə nümayəndəliyin inzibati binasında “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması sahəsində rayonda işəgötürənlərin məsuliyyətinin artırılması və nəzarətin gücləndirilməs” və “Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması sahəsində maarifləndirmə və təbliğat işlərinin artırılması” mövzularında maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə Astara rayon icra hakimiyyəti başçısı aparatının rəsmiləri, Pensər kənd İƏD üzrə nümayəndəsi, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, fermerlər və sahibkarlar iştirak etmişlər.

Rayon icra hakimiyyəti başçısının müavini-“Məşğulluğa Kömək göstərən Əlaqələndirmə Komitəsi”nin sədri İlqar Malıyev, rayon icra hakimiyyəti yanında “Məşğulluğa Kömək göstərən Əlaqələndirmə Komitəsinin üzvləri, rayon icra hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Aqil Əhmədov, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin dövlət vergi müfəttişi Turan Cavadov, Astara DAİM-in direktoru Etibar Abbasov, Lənkəran-Astara Regional Məşğulluq Filialının Astara xidmət şöbəsinin əməkdaşı İsmət Quliyev, Astara KOB dostu Seymur Murtuzayev və DSMF-nin 1 saylı Lənkəran-Astara Regional Filialının Astara rayon qəbul şöbəsinin baş mütəxəssisi Asiman Şabanov mövzu ilə bağlı çıxış etmişlər.

Tədbirdə çıxış edən natiqlər- Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində, əmək bazarına inteqrasiya olunması məqsədi ilə aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi, qeyri-rəsmi əmək fəaliyyətinin fəsadları barədə məlumatlar verilmişdir.

Tədbirdə mövzularla bağlı videoçarx nümayiş etdirilmiş, iştirak edən fermerlərə, sahibkarlara ətraflı məlumat verilmiş, o cümlədən tədbir iştirakçılarının fikir və təklifləri dinlənilmiş, onlara maraqlı olan suallar dolğun cavablandırılmışdır.