İyulun 2-də Azərbaycan Polisi yaranmasının 106-cı ildönümünü qeyd edir. Azərbaycan Polisi bu müddətdə şərəfli və keşməkeşli yol keçmişdir. Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunmuşdur.
Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın daxili işlər orqanlarının fəaliyyəti daim diqqət mərkəzində saxlanılmışdır.
Dahi şəxsiyyət Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar milli kadrlarla komplektləşdirilməsi ilə bağlı önəmli fərman və sərəncamlar imzalamışdır. Bu da Azərbaycanın daxili işlər orqanlarının müstəqillik dövründə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasındakı misilsiz xidmətləri ilə yanaşı, ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizədə də özünü göstərmişdir.
Daxili işlər orqanlarının fəaliyyəti müstəqilliyimizin sonrakı illərində də uğurlu olmuşdur. 2003-cü ilin oktyabrında İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoydu, ictimai-siyasi sabitliyin, asayişin təmin olunması gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin rəmzinə çevrildi. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görüldü.
Hazırda Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inamı doğruldur.
İşinin peşəkarlığı ilə diqqət mərkəzində olan polis işçiləri olkəmizin sabitliyi və əminamanlığı üçün hər zaman səylə çalışmış, qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirilmişdir Ölkəmizdə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini peşəkarlıqla yerinə yetirərkən istər Vətən müharibəsində, istərsə də Anti-terror əməliyyatında canlarından keçən polis əməkdaşları da çox olmuşdur.
Müasir dünyanın modelinə çevrilmiş Azərbaycan dövlətinin asayişini təmin edən daxili işlər orqanları bu gün ölkənin bütün bölgələrində xalqına, millətinə şərəflə xidmə edir.
Bütün respublikada olduğu kimi doğma Astaramızda da polis əməkdaşları xalqın asayişini qoruyur. Xüsusilə də cənab Azər Cəfərovun Astara Rayon Polis Şəbəsinə rəis təyin olunmasından sonra rayonda nisbi sabitlik təmin olunmuş, cinayətkarlıqla mübarizə genişləndirilmiş, narkotik alverçilərinə qarşı dəfələrlə xüsusi əməliyyatlar keçirilmişdir. Bugün rayonumuzun ən ucqar kəndlərinə belə, polislərimiz ictimai nəzarəti, asayişi təmin edir.
Rayon polis şöbəsinin əməkdaşlarını, başda Astara Rayon Polis Şöbəsinin rəisi cənab Azər Cəfərov olmaqla peşə bayramı münasibətilə təbrik edir, işlərində uğurlar arzulayırıq.