Astara rayonunda Azərbaycan polisinin yaranmasının 106-cı ildönümü münasibəti ilə tədbir keçirilmişdir.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, hüquq- mühafizə oraqanlarının rəhbərləri, Polis şöbəsinin əməkdaşları iştirak etmişlər.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Astara şəhərindəki abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər.

Astara Olimpiya İdman Kompleksində keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə təbriki oxunmuşdur.

Tədbirdə çıxış edən icra başçısı polis əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edərək, çətin və şərəfli vəzifələrində onlara uğurlar arzulamışdır.

Qeyd etmişdir ki, Azərbaycan polisi yarandığı gündən şərəfli bir yol keçmişdir.Ümummilli Lider Heydər Əliyevin xüsusi diqqəti nəticəsində müstəqil Azərbaycanın daxili işlər orqanlarının şəxsi heyəti və maddi-texniki bazası yenidən formalaşdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində müasirləşən və davamlı inkişaf edən daxili işlər orqanları vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunmasında,asayişin qorunmasında, ölkədə cinayətkarlığa qarşı mübarizədə önəmli xidmətləri ilə seçilirlər. Hələ birinci Qarabağ müharibəsi zamanı Vətən torpaqlarının müdafiəsində fədakarlıq göstərən polislərimiz, Vətən müharibəsi və antiterror tədbirlərində torpaqlarımızın işğaldan azad edilməsində qəhrəmanlıqla döyüşərək xüsusi şücaət nümayiş etdirmişlər. Rayonumuzda xidmət edən polis əməkdaşlarının da bu sırada olması hər birimizi qürurlandırır.

Astara Rayon Polis Şöbəsi üçün yeni salınmışşəhərcikdəmüasir memarlıq üslubunda inşa ediləninzibati bina yaxın günlərdə istifadəyə veriləcəkdir. Şəhərcik ərazisində tikilən yeməkxana, idman zalı, stadion və digər yardımçı tikililər şəxsi heyətin yüksək səviyyədə hazırlanması və xidmət aparmasına hesablanmaqla idealşəraitə malikdir.Bütün bunlar ölkə Prezidenti cənab İlham Əliyevin rayonumuzda çalışanpolis əmkdaşlarına ən böyük hədiyyəsidir. Yüksək dövlət qayğısı ilə əhatə olunan Astara polisinin həyata keçirtdiyiprofilaktik tədbirlər nəticəsində rayonda narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısı xeyli alınmış, cinayət hadisələri nəzərəçarpacaq dərəcədə azalaraqAstara şəhəri təhlükəsiz şəhərlərdən birinə çevrilmişdir.

Azərbaycan Polisi işində ayıq-sayıq olmaqla daim peşəkarlıq, nümunəvilik, fədakarlıq göstərir. Bu gün ölkəmizdə hökm sürən yüksək ictimai-siyasi sabitlikdə Daxili İşlər Nazirliyinin əməkdaşlarının rolu danılmazdır.

Peşə bayramı münasibətilə sizi bir daha təbrik edir, müstəqil dövlətimizin təhlükəsizliyinin təmin olunmasında uğurlar arzulayıram.

Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cəfərovçıxış edərəkVətənə, xalqa, Ulu Öndər Heydər Əliyev ideyalarına daim sadiq olan Azərbaycan polisinin möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra da ölkədə ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında şərəflə çalışacaqlarını bildirmişdir.

Tədbirin sonunda rayonda ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xidmətlərinə görə və Azərbaycan Polisi Günü münasibəti ilə bir qrup polis əməkdaşı rayon icra hakimiyyəti başçısının Sərəncamına əsasən Fəxri Fərmanla təltif edilmiş, qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.