05 iyul 2024-cü il tarixində Astara Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Astara şəhəri, o cümlədən rayonun qəsəbə və kəndlərində Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar ekoloji aksiya keçirilib.

Aksiyanın keçirilməsində əsas məqsəd rayon ərazisinin məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.

Təmizlik aksiyası zamanı ərazi məişət tullantılardan təmizlənərək aidiyyəti üzə təhvil verilib.