2024-cü il iyunun 1-i vəziyyətinə rayon iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 8517 nəfər olmuş, onlardan 6109 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 2408 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 40,5 faizi təhsil, 20,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 11,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,3 faizi sənaye, 4,8 faizi istirahət, əyləncə və incəsənət, 4,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,6 faizi yaşayışın təşkili və ictimai iaşə, 0,9 faizi tikinti, 1,5 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2024-cü ilin yanvar-may aylarında rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,4 faiz artaraq 627,3 manat olmuşdur. İqtisadiyyatın maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və müdafiə; icbari sosial təminat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təсhizatı, nəqliyyat və anbar təsərrüfatı, emalsənayesi, eləcə də əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.
Şövqiyyə Məmmədova,
Astara Rayon Statistika İdarəsinin rəis müavini