2024-cü ilin yanvar-iyun aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 23071,0 min manat və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,2 dəfə çox vəsait yönəldilmişdir.
Ümumi sərmayənin 96,2 faizi və ya 22185,0 min manatı dövlət, 3,8 faizi və ya 886,0 min manatı qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulmuşdur. Sərmayə qoyuluşunun 22566,9 min manatı və ya 97,8 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir.
2024-cüilin yanvar-iyun aylarında rayonda 4 tikinti müəssisəsi fəaliyyət göstərmişdir. Bu dövrdə tikinti müəssisələri tərəfindən (fərdisahibkarlarnəzərəalınmaqla) yerinə yetirilmiş inşaatişlərinin həcmi keçən illə müqayisədə 13,5 faiz artaraq 1632,6 min manat olmuşdur. Ümumi tikinti işlərinin 1,1 faizini tikinti, yenidənqurma və genişləndirmə, 92,4 faizini cari təmir, 6,5 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 50,3 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.
Şövqiyyə Məmmədova,
Astara Rayon Statistikaİdarəsinin rəis müavini