2024-cüilin yanvar-iyun aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 16406,3 min manatlıq məhsul istehsal edilmiş, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə  9,2 faiz azalmışdır.

Sənaye məhsulunun 33,6 faizi emal, 65,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

Sənayedə qeyri-dövlət sektorunun payı 33,6 faiz olmuşdur. Ümumi istehsalın

77,3 faizi sənaye məhsullarının istehsalı, 22,7 faizi isə sənaye xarakterli xidmətlərin

göstərilməsi hesabına yaradılmışdır. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə

alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyul 2024-cü il vəziyyətinə 404,5 min  manatlıq  hazır məhsul  olmuşdur.

Emal sənayesində  ev təsərrüfatlarında sənaye məhsulu istehsalının, habelə hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi fəaliyyət göstərənlərin işinin qiymətləndirilməsi  də nəzərə alınmaqla 5510,3 minmanatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir.

Bu dövrdə natura ifadəsində 21,0  ton  balıq  məhsulları, 1,49min dkl meyvə  şirələri, 904,22 ton meyvə-tərəvəz konservləri,  18,76  ton qaymaq,  xama, 67,2  ton kərə yağı, 114,6  ton pendir  və kəsmik,   882,7 ton buğda unu, 2510,66  ton çörək, 132,39 ton unlu qənnadıməmulatları,35,9 ton  çay,  0,05 min kub metr  tikinti  kərpicləri, 5,7 ton  emal  edilmiş mərmər istehsal olunmuşdur.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2024-сü ilin yanvar-iyun aylarında10785,8 min manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, əvvəlki ilin müvafiq dövrü ilə  müqayisədə 9,2 faizlik azalma müşahidə olunmuşdur.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi  2023-cü  ilin  yanvar-iyun  aylarına  nisbətən 6,8 faiz artaraq 110,2 min manat təşkil etmişdir.

 

Şövqiyyə  Məmmədova,

Astara  Rayon  Statistika İdarəsinin  rəis müavini