13 avqust 2024-cü il tarixində 79 saylı Astara Seçki Dairəsində 1 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatlarının seçilməsi üçün keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar treninq keçirilmişdir. Treninqdə 79 saylı Astara Seçki Dairəsinin əməkdaşları, seçki komissiyalarının sədr və üzvləri iştirak etmişlər.
79 saylı Astara Seçki Dairəsinin əməkdaşlarıı Gülhəsən Mirzəyev və Nəsimi Rzayev tərəfindən məntəqə sədrlərinə və üzvlərinə seçki günündə onların hüquq və vəzifələri izah olunmuş, davranış qaydaları haqqında geniş məlumat verilmişdir. Həmçinin, protokol, qediyyatdançıxma vərəqəsi və digər sənədlərin yazılma qaydaları videoizah formasında nümayiş edilmişdir.
Məlumat üçün qeyd edim ki, treninq avqust ayının 16-na kimi davam edəcək.