2024-cü ilin əvvəlinə rayonda mövcud avtomobillərin sayı 11242 ədəd təşkil etməklə 2022-ci illə müqayisədə 6,3 faiz və ya 670 ədəd artmışdır.
Avtomobillərin 84,2 faizini sərnişin minik avtomobilləri,13,3 faizini yük avtomobilləri, 1,7 faizini avtobuslar, 0,3 faizini xüsusi təyinatlı avtomobillər, 0,5 faizini isə digər avtomobillər təşkil etmişdir. Bütün avtomobillərin 98,5 faizi və ya 11068 ədədi vətəndaşların mülkiyyətində olmaqla 9414 ədədi şəxsi minik avtomobilləridir.
2024-cüilin yanvar-iyun aylarında yük və sərnişindaşımaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 6,1 faiz və 7,0 faiz artmışdır.
Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 572,0 min ton yük daşınmışdır. Daşınmış yüklərin həcminə görə Astara rayonu ölkə üzrə 0,9% paya malik olmuşdur.
2024-cü ilin yanvar-iyun aylarında nəqliyyatçılar 3830 min sərnişinə xidmət göstərmişlər.
2024-cü ilin yanvar-iyun aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən hüquqi şəxslər tərəfindən iqtisadiyyatın müxtəlif sahələrinə və əhaliyə 509,5 min manatlıq xidmət göstərilmişdir.
Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin həcmi 195,2 min manat olmuş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,0 faiz azalmışdır.
Şövqiyyə Məmmədova
Astara Rayon Statistika İdarəsinin rəismüavini