2024-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 121264,0 min manatlıq, o cümlədən 68178,6 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 53085,4 min manatlıq qeyri-ərzaq malları satılmışdır. 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 8,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 41,2 faiz artmış, qeyri-ərzaq malları üzrə isə 16,5 faiz azalmışdır.

Pərakəndə ticarət dövriyyəsinin makrostrukturu

2024-cü ilin yanvar-iyun ayları, min manat Ümumi yekunda xüsusi çəkisi, faizlə 2024-cü ilin yanvar-iyun ayları 2023-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 121264,0 100,0 108,6
o cümlədən: ərzaq məhsulları, içkilər və tütün məmulatları 68178,6 56,2 141,2
  qeyri-ərzaq malları 53085,4 43,8 83,5

 Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 180,5 manat olmuşdur. Ticarət şəbəkəsində bir rayon sakini orta hesabla ayda 101,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 79,0 manatlıq qeyri-ərzaq malları almışdır.

2024-cü ilin birinci yarısında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 56,2 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 43,8 faizi isə qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

Hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 12,6 faizi ticarət müəssisələri,  59,9 faizi fərdis ahibkarlar tərəfindən, 27,5 faizi bazar  və yarmarkalar dasatılmışdır. 2023-cü ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real  ifadədə müəssisələr üzrə 35,8 faiz, fərdi sahibkarlar üzrə 5,2 faiz, bazar və yarmarkalar üzrə  6,4 faiz artmışdır.

 

Ş.Məmmədova,

Astara  Rayon Statistika İdarəsinin rəis müavini