Çayçılıq kənd təsərrüfatının ənənəvi və gəlirli sahələrindəndir. Bu baxımdan rayonumuz üçün ənənəvi olan çayçılıq sahəsinin inkişaf etdirilməsi prioritet məsələ kimi qarşıya qoyulmuşdur.
Çayçılığın inkişaf etdirilməsi, çay məhsullarına tələbatın yerli istehsal hesabına təmin olunması, çayçılığın ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə“Azərbaycan Respublikasında 2018-2027-ci illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı” qəbul edilmişdir. Proqramın həyata keçirilməsi nəticəsində rayonumuzda çayçılığın inkişaf etdirilməsi ilə bağlı görülən işlər sürətlənmiş, çay plantasiyalarının əkin sahəsi artırılmışdır.
Belə ki, Respublikada mövcud çay plantasiyalarının təxminən 24,0 faizi, çay istehsalının isə 60 faizindən çoxu Astara rayonunun payına düşür.
Hazırda rayonda 232,1 hektar çay sahəsi vardır və bu sahələrdən 01avqust 2024-cü il vəziyyətinə 486,6 ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 11,2 ton və ya 2,4 faiz çox məhsul yığılmışdır. Məhsuldarlıq isə 0,5 sentner artaraq 21,0 sentner olmuşdur.
Rayonda çayçılıqla 3 kənd təsərrüfatı məşğuldur və 2024-cü ilin 7 ayında həmin müəssisələr tərəfindən 145,8 ton və ya 6,4 faiz çox yaşıl çay yarpağı istehsal edilərək təhvil verilmişdir. Məhsuldarlıq isə 0,4 sentner artaraq 7,7 sentner olmuşdur.
Əhali təsərrüfatları tərəfindən 340,8 ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 0,7 faiz çox məhsul yığılmışdır.
Hazırda təsərrüfatlarda çay yığımı davam edir.
Şövqiyyə Məmmədova,
Astara Rayon Statistika İdarəsinin rəis müavini