25 avqust 2024-cü il tarixdə “Ümid” İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirovun xatirəsinə həsr olunmuş Mini futbol üzrə Astara rayon açıq turnirinə yekun vurulmuşdur. 10 avqust 2024-cü il tarixindən start götürən turnirdə 4 qrup üzrə 16 komanda, ümumilikdə 192 idmançı iştirak etmişdir. Turnirin A qrupundan “Mamusta-2” (Lənkəran) komandası I yeri, “Hirkan” (Lənkəran) komandası II yeri, B qrupundan ”Rüdəkənar” (Astara) komandası I yeri, ”Gənclər” (Astara) komandası II yeri, C qrupundan “Mamusta-1” (Lənkəran) komandası I yeri, “Kənarmeşə” (Lənkəran) komandası II yeri, D qrupundan “Ojakəran” (Astara) komandası I yeri, “Tüləgüvan” (Astara) komandası II yeri tutaraq, ¼ final mərhələsinə yüksəlmişlər. ¼ final, yarımfinal və final oyunlarından sonra yekun nəticəyə əsasən I yerə “Rüdəkənar” (Astara), II yerə ”Mamusta-2” (Lənkəran), III yerə isə ”Mamusta-1” (Lənkəran) komandası layiq görülmüşdür.
Turnirin açılış və mükafatlandırma mərasimlərində Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirovun qardaşları Afərin Nəsirov və Möhsün Nəsirov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, Astara Rayon İcra Hakimiyyətinin məsul işçisi Turan Həsənzadə, “Astara” qəzeti redaksiyasının baş redaktoru Əlvan İbayev, “Ümid” İdman Kompleksinin direktoru Ümidvar Məmmədov iştirak etmişlər.
I, II, III yerləri tutan komandalar və komanda üzvləri Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin kubok, medal və diplomları ilə və “Ümid” İdman Kompleksinin hədiyyələri ilə təltif edilmişdir.