Hazırda rayonda 232,1 hektar çay sahəsi mövcuddur və bu sahələrdən 01 sentyabr 2024-cü il vəziyyətinə 576,4 ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 6,0 ton və ya 1,1 faiz çox məhsul yığılmışdır. Məhsuldarlıq isə 0,2 sentner artaraq 24,8 sentner olmuşdur.
Rayonda çayçılıqla 3 kənd təsərrüfatı müəssisəsi məşğuldur və 2024-cü ilin 8 ayında həmin müəssisələr tərəfindən 173,0 ton və ya keçən illə müqayisədə 9,4 faiz çox yaşıl çay yarpağı istehsal edilərək təhvil verilmişdir. Məhsuldarlıq isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,7 sentner artaraq9,1 sentner olmuşdur.
Əhali təsərrüfatları tərəfindən 403,4 ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 2,1 faiz az məhsul yığılmışdır.
Hazırda təsərrüfatlarda çay yığımı davam edir.
Çayçılıq kənd təsərrüfatının ənənəvi və gəlirli sahələrindəndir. Bu baxımdan rayonumuz üçün ənənəvi olan çayçılıq sahəsinin inkişaf etdirilməsi prioritet məsələ kimi qarşıya qoyulmuşdur.
Şövqiyyə Məmmədova,
Astara Rayon Statistika İdarəsinin rəis müavini