17-20 sentyabr 2024-cü il tarixlərində Qazaxstanın Atırau şəhərində keçirilən Sərbəst güləş və yunan-Roma güləşi üzrə “Oil Capital Cup” turnirində  Azərbaycan Milli komandasının tərkibində Astaralı idmançı Musa Ağayev 65 kq çəki dərəcəsində sərbəst güləş üzrə bürünc medal qazanmışdır. Musa Ağayev (65 kq) 1/4 finalda gürcüstanlı Luka Janeraşviliyə tam üstünlüklə (11:0) qalib gəlsə də, yarımfinalda qazaxıstanlı Mayis Aliyevə (2:13) məğlub olmuşdur.

İdmançımızı təbrik edir, uğurlar arzu edirik.