Müxtəlif göz xəstəliklərinə görə müayinə və müalicəyə ehtiyacı olan əhaliyə tibbi xidmət etmək üçün “Batıgöz” səyyar klinikası Astara rayonunda əhaliyə xidmət göstərir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “Batıgöz” klinikası və Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən layihədə rayon sakinlərinin ödənişsiz müayinə, müalicə və əməliyyat olunmağı nəzərdə tutulmuşdur. Klinika daha bir neçə gün rayonda fəaliyyətini davam edəcək.
Rayonumuzda bu nəcib humanitar layihəni həyata keçirən klinikanın rəhbərliyinə və əməkdaşlarına redaksiyamız adından təşəkkür edirik.