Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran Regional Bölməsinin, Astara Rayon İcra Hakimiyyətinin, Astara rayon Heydər Əliyev Mərkəzinin və Ombodsmanın Cənub Regional mərkəzinin təşkilatçılığı ilə Astara rayon Heydər Əliyev Mərkəzində “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran Regional Bölməsinin müdiri Qağayı Məmmədov, Astara Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mərasim Hacıyev, Ombodsmanın Cənub Regional mərkəzinin rəhbəri Ziya İsmayılov, rayonun dini icma sədrləri, din xadimləri və icma üzvləri iştirak etmişlər.
Tədbirdə çıxış edənlər Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərin rolu, xalqımızın birliyi və Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlıqlarından söz açmışlar.
Sonda Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin ruhuna dualar edilmiş, qazilərimizə Allahdan şəfa dilənmişdir.