Eto`O “Antalyaspor”dan gedir

“Antalyaspor”un futbolçusu Samuel Eto`O komandadan ayrılmaq qərarına gəlib.

Astarainfo.az Qol.az-a istinadən  məluamtına görə, bu barədə 35 yaşlı hücumçunun menceri Vilfred De Happi Türkiyə mətbuatına açıqlama verib.

O, klubun Eto`Oya qarşı münasibətinin yaxşı olmadığını deyib: “Bir çox komandalardan təkliflər almışıq. Amma ən az məbləği “Antalyaspor” təklif edib. Çin klubu iki il əvvəl 14 milyon avoluq təklif etmişdi. Ancaq o, bu təklif qəbul etmədi. Buna səbəb isə klubun azarkeşləri idi.  Rəhbərlik bu mövsüm ayrılmağı üçün ona pul təklif etdi.  Eto`O getmək istəyir və artıq burada xoşbəxt deyil”.

Qeyd edək ki, kamerunlu futbolçusu 2015-ci ildən Antalya təmsilçisində çıxış edir.