Azərbaycanda internetdən istifadə edənlər daha çox kişilərdir.
Astarainfo.az Trend-ə istinadən məlumat verir ki, ölkədə internetdən istifadə edənlərin sayı son illər ərzində sürətlə artıb.
2008-ci ildə Azərbaycanda əhalinin 17,2 faizi internetdən istifadə etdiyi halda, 2012-ci ildə əhalinin 70, 2013-cü ildə 73, 2014-cü ildə 75, 2015-ci ildə 77, 2016-cı ildə 78 faizi internetdən istifadə edib.
Azərbaycanda bütün illər ərzində internetdən istifadə edən kişilərin sayı qadınları üstələyib. 2008-ci illə müqayisədə 2016-cı ildə ölkədə internetdən istifadə edən kişilərin sayının təxminən 4, qadınların sayının isə onlardan daha çox – 6 dəfə artmasına baxmayaraq, keçən il ərzində də internetdən istifadə edən qadınların sayı kişiləri üstələyə bilməyib.
Ümumilikdə, 2008-ci ildə kişilərin 21,6, qadınların 12,6 faizi, 2009-cu ildə kişilərin 32, qadınların 23 faizi, 2010-cu ildə kişilərin 55,6, qadınların 36,5 faizi, 2011-ci ildə kişilərin 75,8, qadınların 55,9 faizi, 2012-ci ildə kişilərin 78,1, qadınların 62,2 faizi, 2013-cü ildə kişilərin 78,8, qadınların 67,2 faizi, 2014-cü ildə kişilərin 78,9, qadınların 71,2 faizi, 2015-ci ildə kişilərin 78, qadınların 72 faizi, 2016-cı ildə kişilərin 79,9, qadınların 76,1 faizi internetdən istifadə edib.