Almaniya ikinci Bundesliqasında beşinci turun oyunları keçirilir.
Astarainfo.az Qol.az-a istinadən xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun formasını geydiyi “Aue” səfərdə “İnqolştad”ın qonağı olub.
Nazarovun 90 dəqiqə meydanda olduğu görüş komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Ardıcıl ikinci qələbəsini qazanmaqla xallarının sayını 7-ə çatdıran “Aue” turnir cədvəlində 9-cu pilləyə yüksəlib.