Kolumbiyada səfərdə olan Roma Papası I Fransisk qəza keçirib.
Astarainfo.az Trend-ə istinadən məlumat verir ki, Kartaxena şəhərində səyahət edərkən Papanı aparan elektromobil qəflətən dayanıb.
Nəticədə I Fransiskin başı şüşəyə dəyib. Həkimlər Roma papasının qaşından və
gözünün altından xəsarət aldığını deyib.
Papaya zəruri yardım göstərildikdən sonra o, gəzintini davam etdirib.
Qeyd edək ki, Roma papası sentyabrın 6-dan 11-dək Kolumbiyada səfərdədir.